Maqdeburqda Ümummilli Liderin xatirəsinə həsr olunmuş boks turniri
Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi və Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş idman tədbiri keçirilib.

Yarışdan öncə klubun rəhbəri, peşəkar boks üzrə dünya çempionu Azad Əzizov qonaqlara tədbirin mahiyyəti barədə məlumat verib, Ümummilli Liderin həyatından, dünya siyasətində tutduğu mövqeyindən danışıb.

Stieglitz Boks Akademiyasında keçirilən idman turnirinə tanınmış peşəkar alman boksçu, WBO, WBC, IBF və EBU versiyaları üzrə dünya çempionu Robert Stieglitz də qonaq qismində qatılıb.

Xəbər 181 dəfə oxundu.