IFHHS reytinq: “Qarabağ” klubu iki pillə geriləyib
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni reytinq cədvəlini açıqlayıb.

300 komandanın yer aldığı siyahıya Azərbaycandan yalnız “Qarabağ” klubu düşüb.

Hesabında 137 xal olan Ağdam təmsilçisi 2 pillə geriləyərək 85-ci olub. Ağdam təmsilçisinin UEFA Konfrans Liqasının pley-off mərhələsində rəqibi olan Belçikanın “Gent” klubu 140 xalla 84-cü pillədə qərarlaşıb.

Reytinq cədvəlinə 305 xalla Braziliyanın “Flamenqo” komandası başçılıq edir. “Liverpul” (İngiltərə) 297 xalla ikinci, Braziliyanın “Palmeyras” komandası 294 xalla ilk üçlüyü tamamlayıblar.

Xəbər 199 dəfə oxundu.