“Qarabağ”ın rəqibi İspaniyaya yollanıb
Ağdamın “Qarabağ” klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi Belçikanın “Gent” komandası İspaniyaya yollanıb. Komanda milli çempionatdakı fasilədən istifadə edərək ölkə xaricində hazırlıq keçir.

“Gent”in toplanışı bir həftə davam edəcək. Daha sonra Belçikaya dönəcək komanda mövsümün qalan hissəsinə hazırlaşacaq. “Qarabağ”ın rəqibi ikinci dövrənin ilk turu çərçivəsində dekabrın 23-də "Standard"la qarşılaşacaq. “Gent” Jüpiler liqasında əsas mərhələnin ilk dövrəsini 5-ci pillədə və liderdən 16 xal geridə başa vurub.

Xatırladaq ki, “Qarabağ” klubu ilə “Gent”in ilk oyunu fevralın 16-da Bakıda baş tutacaq. Cavab görüşü isə ayın 23-də Belçikada baş tutacaq.

Xəbər 181 dəfə oxundu.