“Zirə” klubunda yeni məşqçi təyinatı olub
“Zirə” futbol klubu məşqçi Vüqar Məmmədlə müqavilə imzalayıb.

Bundan sonra V.Məmməd əsas komandanın məşqçilər korpusunda yer alacaq. Çalışdırıcı ilə bir il yarımlıq müqavilə bağlanılıb.

Qeyd edək ki, mütəxəssis 2019/2020-ci il mövsümündə “Zirə”nin əsas komandasında məşqçi kimi çalışıb.

Xəbər 179 dəfə oxundu.