Daha bir bədii gimnastımız “Qış kuboku” yarışında fərqlənib
Azərbaycanın bədii gimnastı Leyli Ağazadə Almaniyanın Leverkuzen şəhərində keçirilən dördüncü “Qış kuboku" yarışında qızıl medal qazanıb.

Milli komandamızın üzvü lentlə hərəkətlərin icrasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Daha əvvəl Alina Məmmədova topla hərəkətlərdə ikinci yeri tutub.

Qeyd edək ki, yarışa dekabrın 12-də yekun vurulacaq.

Xəbər 269 dəfə oxundu.