Portuqaliyanın sensasiyalı məğlubiyyəti, Ronaldonun göz yaşları
Futbol üzrə Mərakeş millisi Qətərdə keçirilən dünya çempionatının dörddəbir final mərhələsində sensasiyalı şəkildə Portuqaliyanı məğlub edərək (1:0) yarımfinala yüksəlib. Matç mərakeşli qapıçı Yassin Bono üçün əlamətdar olub.

Qolkiper dünya çempionatında ardıcıl matçda top buraxmayan ilk afrikalı qapıçı adını qazanıb. Qapıçı Portuqaliya, Xorvatiya və İspaniya seçmələri ilə oyunda qapısını toxunulmaz saxlamağı bacarıb.

Mərakeş ilə oyun Kriştiano Ronaldo üçün antrekordla yadda qalıb. Belə ki, portuqaliyalı forvard mundiallar çərçivəsində iştirak etdiyi ardıcıl 8 pley-off matçında rəqib qapısına yol tapa bilməyib. Qətərdə keçirilən dünya çempionatı 37 yaşlı futbolçunun karyerasında beşinci mundial olub. Dünya çempionatlarında 22 matça çıxan Ronaldo 8 qol vurub. Forvard ancaq qrup mərhələsinin oyunlarında fərqlənib.

Ronaldo, həmçinin küveytli futbolçu Bader Al-Mutavanın rekordunu yeniləyib. Belə ki, o, milli komandada 196-cı oyununa çıxıb. Hər iki oyunçu eyni sayda oyunda milli komandalarının şərəfini qoruyub.

Mərakeş – Portuqaliya matçı başa çatdıqdan sonra Ronaldo göz yaşlarını saxlaya bilməyib. Mütəxəssislərin fikrincə, Qətər mundialı futbolçunun karyerasında sonuncu dünya çempionatı olacaq.

Mərakeş – Portuqaliya oyunundan maraqlı görüntüləri təqdim edir. Fotolar “Çempionat” saytının fotomüxbirinə məxsusdur.

Xəbər 250 dəfə oxundu.