Mərakeş millisi tarixində ilk dəfə mundialın yarımfinal mərhələsində
Futbol üzrə Mərakeş millisi Qətərdə keçirilən dünya çempionatının yarımfinal mərhələsinə yüksəlib.

Turnirin dörddəbir final mərhələsi çərçivəsində Mərakeş millisi Portuqaliya seçməsi ilə qarşılaşıb.

“Al Tumama” stadionunda keçirilən oyunda hesabı Mərakeş millisi açıb. Qarşılaşmanın 42-ci dəqiqəsində Yussuf En-Nesiri baxımlı qola imza atıb. Fasiləyə Mərakeş millisi minimal hesablı üstünlüklə yollanıb – 1:0.

Komandaların cəhdlərinə baxmayaraq ikinci hissədə qapılara top vurulmayıb.

Beləliklə, rəqibini 1:0 hesabı ilə məğlub edən Mərakeş millisi tarixində ilk dəfə mundialın yarımfinal mərhələsinə adlayıb.

Günün digər oyununda İngiltərə və Fransa yığmaları üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. “Əl Bayt” stadionunda reallaşacaq görüşün baş hakimi braziliyalı Uilton Sampayo olacaq.

Qeyd edək ki, dörddəbir finalın digər 2 oyunu dekabrın 9-da baş tutub. Xorvatiya Braziliyanı, Argentina isə Niderlandı məğlub edərək yarımfinala yüksəlib.

Xəbər 270 dəfə oxundu.