Mərakeş-Portuqaliya: Start heyətlər açıqlanıb
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının dörddəbir final mərhələsində qarşılaşacaq Mərakeş və Portuqaliya yığmalarının start heyətləri açıqlanıb.

Mərakeş yığmasının start heyətində Yassin Bunu, Romen Saiss, Əşrəf Hakimi, Cavad El Yamiq, Sofyan Amrabat, Azeddin Unai, Sekin Amallah, Sofyan Bufal, Yussuf En-Nesiri, Hakim Ziyeş və Yahia Attiyat Allah yer alıblar.

Portuqaliya millisinin heyətində isə meydana Dioqu Koşta, Pepe, Dioqu Dalot, Ruben Diaş, Rafael Gerreyru, Ruben Neves, Bernardu Silva, Otavio Monteyro, Brunu Fernandeş, Qonsalu Ramuş və Joau Feliks çıxacaqlar.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xəbər 177 dəfə oxundu.