İtaliya kross üzrə Avropa çempionatına ev sahibliyi edəcək
Dekabrın 11-də İtaliyada kross üzrə 28-ci Avropa çempionatı keçiriləcək.

Turin şəhərinin şimal-qərbində yerləşən “La Mandria Park”da təşkil olunacaq çempionatda 40 ölkədən 303-ü kişi və 252-si qadın olmaqla 555 idmançı iştirak edəcək.

İtaliya artıq üçüncü dəfədir kross üzrə Avropa çempionatını təşkil edir. 3600 hektar ərazidəki “La Mandria Park” Avropanın ən böyük qapalı parkıdır və buradakı eyniadlı qala UNESCO-nun Ümumdünya İrsi Siyahısına salınıb.

Qeyd edək ki, kross üzrə Avropa çempionatına gələn il Belçikanın paytaxtı Brüssel, 2024-cü ildə isə Türkiyənin Antalya şəhəri ev sahibliyi edəcək.

Xəbər 193 dəfə oxundu.