Kamilla Seyidzadə: Gimnastika ilə yanaşı, fiqurlu konkisürmə ilə də maraqlanıram
Hər bir yarış mənim üçün ciddi sınaqdır. Birgə yarışa da böyük həvəslə hazırlaşmışam. Ümid edirəm ki, mükafatçılar sırasında yer almağı bacaracağam.

Bunu məxsusi müsahibəsində Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş birgə yarışlarda çıxış edən bədii gimnastımız Kamilla Seyidzadə deyib.

Əsas məqsədinin ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etmək olduğunu bildirən 15 yaşlı gimnast qeyd edib: “Bugünkü çıxışımdan razı qaldım. Xırda səhvlər olsa da, onları növbəti dəfə təkrarlamamağa çalışacağam. Ən əsası çoxnövçülükdə qızıl medala iddiaçılardan biriyəm”.

Şəki Olimpiya İdman Kompleksinin beynəlxalq standartlara tam cavab verdiyini vurğulayan K.Seyidzadə məlumat verib ki, gimnastika ilə yanaşı, fiqurlu konkisürmə idman növü ilə də maraqlanır. Ancaq bədii gimnastika onun üçün daha önəmlidi. Fiqurlu konkisürmədə tullanma və fırlanma fəndləri çox xoşuna gəlir. Heç vaxt buz üzərində konki sürməyib. Amma bu ona çox maraqlı gəlir.

Qeyd edək ki, birgə yarışlara dekabrın 11-də yekun vurulacaq.

Xəbər 234 dəfə oxundu.