Futbol üzrə on yeddi yaşadək yığmamız Avropa çempionatında dördüncü qrupda yer alıb
Futbol üzrə on yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri məlum olub.

Millimiz dördüncü qrupda Serbiya, Sloveniya və Lüksemburq yığmaları ilə mübarizə aparacaq. Oyunlar oktyabrın 21, 24 və 27-də Serbiyada keçiriləcək.

Qeyd edək ki, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsi 2024-cü ildə Kiprdə təşkil olunacaq.

Xəbər 183 dəfə oxundu.