Şahmatçımız İspaniyada blits turnirində qızıl medal qazanıb | |
Azərbaycan şahmatçısı Eltac Səfərli İspaniyada açıq turnir çərçivəsində keçirilən blits yarışında uğurla çıxış edib. Təmsilçimiz doqquz turdan 7,5 xal toplayaraq birinci yeri tutub. Qeyd edək ki, şahmatçımız yarışın güclü A turnirində isə mübarizəsini davam etdirir. Belə ki, səkkiz turun nəticəsinə görə E.Səfərli 6 xalla üçüncü yerdədir. Son turda şahmatçımız sinqapurlu Tin Jingyao ilə oynayacaq. |
|
Xəbər 188 dəfə oxundu. |
|
|