Əlli beş yaşlı futbolçu klubunu dəyişib
İcarə əsasında Yaponiyanın "Suzuka" klubunda çıxış edən 55 yaşlı futbolçu Kazuyoşi Miura klubunu dəyişib.

Hücumçu Portuqaliyanın İkincu divizionunda mübarizə aparan "Oliveyrens"ə transfer olunub.

Miura peşəkar səviyyədə ilk matçını 1986-cı ildə "Santos"da keçirib. O, karyerası ərzində Braziliya, Yaponiya, İtaliya, Xorvatiya və Avstraliya klublarında çıxış edib. 2020-ci ildə Miura "Ventforet Kofu"nun futbolçusu Yukio Tsuşiyanın 2017-ci ildə imza atdığı rekordu qırıb - .42 yaş 10 aylığında Yaponiyanın əsas çempionatında çıxış edib. Nəticədə o, bunu bacaran ən yaşlı futbolçu olub. Həmçinin Yurgen Klopp, Pol Kaskoyn və Roberto Baccio ilə eyni ildə anadan olan Miura 5 fərqli onillikdə oynayan ilk peşəkar futbolçu adını qazanıb. Miura 2005-ci ildən "Yokohama"nın oyunçusu idi.

Xəbər 192 dəfə oxundu.