“The Guardian”: Braziliya dünya çempionatının favoritidir
Braziliya milli komandası “The Guardian” tərəfindən 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının favoriti seçilib.

Nəşr bütün 1/4 finalçılar arasında Titenin komandasının çempionluq şansını ən yüksək qiymətləndirir. İkinci yerdə Fransa, üçüncü yerdə Portuqaliya yer alır.

Reytinq siyahısında sonrakı yerlərdə isə ardıcıllıqla İngiltərə, Argentina, Hollandiya, Mərakeş, Xorvatiya göstərilir.

Qeyd edək ki, dünya çempionatı dekabrın 18-dək davam edəcək.

Xəbər 248 dəfə oxundu.