Ülvi Məmmədov dünya çempionatına qatılacaq
Dekabrın 8-10-da Polşanın Lüblin şəhərində Dünya Fudokan Federasiyasının (WFF) təşkilatçılığı ilə kişilər arasında dünya çempionatı keçiriləcək.

Mundialda ölkəmizi Ülvi Məmmədov (84 kq) təmsil edəcək.

Qeyd edək ki, Ü.Məmmədov 2021-ci ilin oktyabrında Polşanın Katovis şəhərində 30-dan çox ölkənin iştirakı ilə keçirilən fudokan karate-do üzrə 25-ci Avropa çempionatında böyüklər arasında bürünc medala sahib olub.

Xəbər 203 dəfə oxundu.