Formula 1: Bakı şəhər halqası ilk dəfə sprint yarışa ev sahibliyi edəcək
2023-cü il Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində ilk dəfə sprint yarış keçiriləcək.

Bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

Sprint yarışlarına Azərbaycan ilə yanaşı, Avstraliya, Belçika, Braziliya, ABŞ və Qətərdə də ev sahibliyi edəcək.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi aprelin 28-30-da Bakı şəhər halqasında keçiriləcək.

Xəbər 204 dəfə oxundu.