“Azərreyl” klubu Almaniyada mərhələ adlamağa çalışacaq
Çağırış kuboku yarışında mübarizə aparan qadın voleybolçulardan ibarət “Azərreyl” klubunun 1/16 final mərhələsində Almaniyanın “Thüringen” komandasına qarşı keçirəcəyi oyunların yeri və vaxtı dəqiqləşib.

Klublar arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən, hər iki matç Almaniyada baş tutacaq.

Dekabrın 14-də və 15-də keçiriləcək görüşlərdə ilk gün təmsilçimiz, ertəsi gün isə rəqib meydan sahibi sayılacaq.

Qeyd edək ki, “Azərreyl” 1/32 finalda Slovakiya təmsilçisi “Slaviya”nı mübarizədən kənarlaşdırıb.

Xəbər 239 dəfə oxundu.