Portuqaliyalı futbolçu Pepe rekorda imza atıb
Portuqaliyalı futbolçu Pepe Qətərdə keçirilən dünya çempionatında rekorda imza atıb.

Mundialın pley-off mərhələsində İsveçrə ilə qarşılşamada fərqlənən Pepe dünya çempionatlarının pley-off mərhələsində qol vuran ən yaşlı futbolçu olub. Müdafiəçi bu uğura 39 yaşında (3 aydan sonra onun 40 yaşı tamam olacaq) nail olub.

Qeyd edək ki, Portuqliya millisi rəqibini 6:1 hesabı ilə məğlub edərək dörddəbir finala yüksəlib. Növbəti mərhələdə komanda Mərakeş seçməsi ilə qarşılaşacaq.

Xəbər 188 dəfə oxundu.