“Qəbələ” klubu Rumıniya və Çexiya komandalarına qarşı
“Qəbələ” futbol klubu qış fasiləsində Antalyada hazırlıq keçəcək. Komanda yanvarın 4-dən 17-dək təşkil olunacaq toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq.

“Qəbələ” yanvarın 12-də Rumıniyanın “Sepsi” klubu ilə üz-üzə gələcək. Dörd gün sonra baş tutacaq ikinci sınaqdakı rəqib Çexiya təmsilçisi “Teplitse” olacaq.

Xəbər 227 dəfə oxundu.