Mərakeş və İspaniya yığmalarının start heyətləri bəlli olub
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının pley-off mərhələsində üz-üzə gələcək Mərakeş və İspaniya yığmalarının start heyətləri açıqlanıb.

Mərakeş yığmasının start heyətində Yassin Bunu, Nayef Aquerd, Romen Saiss, Əşrəf Hakimi, Nussair Mazraui, Sofyan Amrabat, Azeddin Unai, Sekin Amallah, Sofyan Bufal, Yussuf En-Nesiri və Hakim Ziyeş yer alıblar.

İspaniya millisinin heyətində meydana Unai Simon, Aymerik Lyaport, Jordi Alba, Serxio Buskets, Rodri, Markos Lyorente, Qavi, Pedri, Marko Asensio, Dani Olmo və Ferran Torres çıxacaqlar.

Argentinadan olan FIFA referisi Fernando Rapallini idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, artıq dörddəbir final mərhələsinin üç cütü müəyyənləşib. Belə ki, Niderland millisi Argentina, İngiltərə isə Fransa, Xorvatiya seçməsi isə Braziliya ilə qarşılaşacaq.

Xəbər 254 dəfə oxundu.