Dani Alves Roberto Karlosu geridə qoyub
Dani Alves Braziliya millisinin heyətində ən çox oyun keçirən futbolçuların siyahısında ikinci pilləyə yüksəlib.

39 yaşlı müdafiəçi Qətərdə keçirilən dünya çempionatının pley-off mərhələsində Koreya Respublikası ilə matçda 126-cı dəfə Braziliya millisinin formasını geyinib.

Braziliya seçməsinin 4:1 hesabı ilə qalib gəldiyi görüşün 63-cü dəqiqəsində komanda yoldaşı Eder Militaonu əvəzləyən Alves keçmiş sol cinah müdafiəçisi Roberto Karlosu geridə qoyub. O, indi yalnız rekordçu Kafudan geri qalır. “Milan”ın əfsanəvi oyunçusunun aktivində 142 matç var.

Dani Alves, həmçinin Braziliya millisinin tarixində mundialda meydana çıxan ən yaşlı futbolçudur.

Braziliya millisi mundialın dörddəbir final mərhələsində dekabrın 9-da Xorvatiya ilə üz-üzə gələcək.

Xəbər 195 dəfə oxundu.