Avarçəkmə idmanı yenidən Xəzər sularında
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) ölkədə avarçəkmə ənənələrinin bərpasını davam etdirir. Bölgələrdə avarçəkənlərin nümunəvi çıxışlarını təşkil edən AKAF bu dəfə Xəzər dənizində test yürüşü keçirib.

Federasiya yaxın gələcəkdə Xəzər dənizində avarçəkmə üzrə müxtəlif təlim-məşq toplanışları, yarışların təşkilini planlaşdırır. Bunun nəticəsində də Bakıda avarçəkmə idman növü daha da populyarlaşaraq gənclər və yeniyetmələr üçün əlçatan olacaq.

Qeyd edək ki, Azərbaycanda avarçəkmə idmanı ilə peşəkar olaraq 1930-cu ilin sonundan məhz Xəzər dənizində məşğul olunmağa başlanıb. 1933-cü ildə 3 yaxt klub istifadəyə verilib. O dövrdə Bakı buxtasında yarışan avarçəkənlərin mübarizəsini dənizkənarı bulvardan müşahidə etmək mümkün olub.

Xəbər 268 dəfə oxundu.