İngiltərə yığması mundialın ən intizamlı komandasıdır
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında vərəqə almayan yeganə komanda İngiltərədir.

Baş məşqçi Qaret Sautgeytin rəhbərlik etdiyi komandanın üzvləri keçirdiyi 3 qrup və 1 pley-off oyununda xəbərdarlıq almayıblar.

İspaniya millisi bu göstəricidə ikinci olub. Üç oyun keçirən İspaniya yığmasının 1 futbolçusu sarı vərəqə alıb.

Qeyd edək ki, İngiltərə millisi dekabrın 10-da dörddəbir final mərhələsi çərçivəsində Fransa ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xəbər 166 dəfə oxundu.