WBC çempionu Tayson Fyuri titulunu qoruyub
Dünya Boks Şurasının (WBC) ağır çəkidə çempionu britaniyalı Tayson Fyuri növbəti döyüşünü həmyerlisi Derek Çisora qarşı keçirib.

Londonda keçirilən döyüşdə T.Fyuri onuncu raundda rəqibini texniki nokautla məğlub edib. D.Çisora döyüş zamanı çoxlu zərbələr alıb və hakimin fikrincə, o artıq özünü müdafiə edə bilməyib.

Otuz üç yaşlı T.Fyurinin aktivində 34 qələbə və bir heç-heçə var. Onunla rəqibi Çisora isə karyerası ərzində 32 qələbə qazanıb, 13 dəfə məğlub olub.

Xəbər 226 dəfə oxundu.