Birinci hissədə iki məhsuldar ötürmə edən ilk niderlandlı futbolçu – Denzel Dümfriz
Niderland millisi Qətərdə keçirilən dünya çempionatının pley-off mərhələsi çərçivəsində ABŞ komandasını 2:0 hesabı ilə məğlub edib və Avropa təmsilçisinin müdafiəçisi Denzel Dümfriz yığmanın tarixinə düşüb.

“Opta Sport” portalına istinadla xəbər verir ki, Dümfriz ilk hissədə 2 məhsuldar ötürmə edən ilk niderlandlı futbolçu olub. Belə ki, oyunun 10-cu dəqiqəsində Memfis Depay, 45+1-ci dəqiqəsində isə Deyli Blind müdafiəçinin ötürməsini qolla tamamlayıb.

Rəqibini 3:1 hesabı ilə məğlub edən Niderland millisi dörddəbir finalda Argentina ilə qarşılaşacaq.

Xəbər 298 dəfə oxundu.