Uşu üzrə millimizin İndoneziya sınağı
Gənclərdən ibarət Azərbaycan millisi İndoneziyada keçiriləcək uşu üzrə dünya çempionatında iştirak edəcəklər.

Yarışda ölkəmizi yığma komandanın baş məşqçisi Elçin Eminovun rəhbərliyi ilə Elçin Muradov (45 kq), Natiq Əliyev (48 kq), Raul Səfərov (52 kq), Amin Əlili (56 kq) və Mehdi Həsənov (65 kq) təmsil edəcəklər.

Qeyd edək ki, M.Həsənov və E.Muradov Yunanıstanda yeniyetmələr arasında keçirilmiş son Avropa çempionatında qalib adını qazanıblar.

Xəbər 166 dəfə oxundu.