AGF Avropa Gimnastikasında 3 nümayəndə ilə təmsil olunacaq
Azərbaycan Gimnastika Federasiyası Avropa Gimnastikasında 3 nümayəndə ilə təmsil olunacaq. Bu barədə qərar Portuqaliyanın Albufeira şəhərində keçirilən Avropa Gimnastikasının 29-cu konqresində qəbul edilib.

Yevgeniya Vilyayeva bədii gimnastika, Ruslan Eyvazov gimnastika hamı üçün, İnara İsrafilbəyovanın isə “TeamGym” idman növü üzrə Avropa Gimnastikasının texniki komitələrinin üzvlüyünə qəbul olunublar.

Qeyd edək ki, ötən il AGF-in idman direktoru, təmsilçimiz Natalya Bulanova Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Texniki Komitəsinə, bədii gimnastika üzrə Azərbaycan yığma komandasının məşqçisi Siyana Vasileva isə Atletlər Komissiyasına üzv seçiliblər.

Xəbər 250 dəfə oxundu.