“Qəbələ” turnir cədvəlində dördüncü pilləyə yüksəlib
“Qəbələ” futbol klubu “Səbail”ə qalib gələrək turnir cədvəlində dördüncü pilləyə yüksəlib.

Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində keçirilən görüşün 5-ci dəqiqəsində paytaxt klubunun futbolçusu Kizito Luvaqa hesabı açıb. Matçın 35-ci dəqiqəsində “Qəbələ”nin yarımmüdafiəçisi Feras Abu Akal hesaba tarazlıq gətirib. Qarşılaşmanın ilk hissəsi 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

İkinci hissəyə daha fəal başlayan “Qəbələ” oyunun 65-ci dəqiqəsində hesabda önə keçib. Belə ki, Ülvi İsgəndərovun vurduğu qol matçın taleyini həll edib.

Beləliklə, görüş “Qəbələ”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər 181 dəfə oxundu.