Peleyə respirator infeksiyası diaqnozu qoyulub | |
Braziliyalı keçmiş futbolçu Peleyə respirator infeksiyası diaqnozu qoyulub. Futbol üzrə üçqat dünya çempionu San-Pauludakı xəstəxanaya yerləşdirilib. 82 yaşlı Pele yoğun bağırsağın xərçənginin növbəti dəfə müayinə edilməsi üçün San-Pauludakı Albert Eynşteyn adına xəstəxanaya yerləşdirilib, lakin həkimlər komandası ona antibiotiklərlə müalicə olunan respirator infeksiyasına yoluxması barədə diaqnoz qoyub. Hazırda ümumi palatada olan pasiyentin vəziyyəti yaxşılaşıb, reaksiyası adekvatdır. 2021-ci ilin sentyabr ayında Edson Arantis du Nasimentu (Pele) onun yoğun bağırsağında əmələ gəlmiş şişin kəsilib götürülməsi üzrə əməliyyat keçirib. |
|
Xəbər 67 dəfə oxundu. |
|
|