Markus Reşford mundialın bombardirləri siyahısına başçılıq edir
İngiltərə yığmasının hücumçusu Markus Reşford dünya çempionatının qrup mərhələsində üç qolla turnirin bombardirləri siyahısına başçılıq edir.

Meydanda 107 dəqiqə keçirən futbolçu hər qola orta hesabla 35,67 dəqiqə sərf edib.

Daha dörd futbolçu eyni sayda qol vurub. Lakin onlar M.Reşforddan daha çox vaxt sərf ediblər. Bombardirlər siyahısında Alvaro Morata (İspaniya, 42 dəqiqə), Kilian Mbappe (Fransa, 69 dəqiqə), Kodi Qakpo (Niderland, 83,67 dəqiqə) və Enner Valensiya (Ekvador, 85,67 dəqiqə) yer alıblar.

İngiltərə yığması səkkizdəbir finalda Seneqal, İspaniya millisi Mərakeş, Fransa seçməsi Xorvatiya, Niderland isə ABŞ-la qarşılaşacaq. Ekvador qrup mərhələsini keçə bilməyib.

Xəbər 267 dəfə oxundu.