Cerdan Şakiri İsveçrə futbol tarixinə düşüb
İsveçrə millisinin hücumçusu Cerdan Şakiri ölkə futbol tarixində ilkə imza atıb. Dünya çempionatının qrup mərhələsinin üçüncü turunda Serbiya ilə görüşdə fərqlənən 31 yaşlı futbolçu ardıcıl üçüncü dünya çempionatında qol vurmağı bacarıb.

2010-cu ildə İsveçrə millisində debüt edən futbolçu yığmanın heyətində 110 oyunda 26 qol vurub və 31 məhsuldar ötürmə edib. “Bazel”in yetirməsi olan futbolçu “Bavariya”, “İnter”, “Liverpul” və “Lion”da çıxış edib. Hücumçu hazırda “Çikaqo Fayr” klubunun şərəfini qoruyur.

İsveçrə millisi mundialın pley-off mərhələsində Portuqaliya yığması ilə qarşılaşacaq. Oyun dekabrın 6-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər 163 dəfə oxundu.