Niderland millisi ABŞ-a, Argentina isə Avstraliyaya qarşı
Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün pley-off mərhələsinə start veriləcək.

Günün ilk matçında Niderland millisi ABŞ-la üz-üzə gələcək. “Xəlifə” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Oyunu braziliyalı FIFA referisi Vilton Sampayo idarə edəcək.

Günün digər matçı isə Argentina və Avstraliya yığmaları arasında oynanılacaq. “Əhməd ibn Əli” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi polşalı Şimon Marçinyak olacaq.

Xəbər 207 dəfə oxundu.