Serbiya millisi mundiallar tarixindəki antirekordunu təkrarlayıb
Qətərdə keçirilən dünya çempionatının G qrupunun üçüncü turunda İsveçrə milli komandası Serbiya yığması ilə qarşılaşıb və rəqibinə 2:3 hesabı ilə məğlub olub.

Qrup mərhələsində keçirdiyi görüşlərdə qələbə qazana bilməyən Balkan təmsilçisi 2006-cı ildə Almaniyada təşkil olunan mundialdakı nəticəsini təkrarlayıb.

Yığma iştirak etdiyi ardıcıl dördüncü dünya çempionatında mərhələ adlaya bilməyib. Komanda 2014-cü ildə Braziliyanın ev sahibliyi etdiyi mundialın final mərhələsinə vəsiqə qazana bilməmişdi.

Qeyd edək ki, Serbiya millisi G qrupunda Braziliyaya 0:2 hesabı ilə məğlub olub, Kamerun seçməsi ilə heç-heçə edib – 3:3.

Xəbər 178 dəfə oxundu.