Çağırış kuboku yarışı: “Murov” klubu Niderland təmsilçisinə məğlub olub
Kişi voleybolçulardan ibarət “Murov” klubu Çağırış kuboku yarışında növbəti oyununu keçirib.

Komandamız səfərdə səkkizdəbir final mərhələsinin ilk oyununda Niderland təmsilçisi “Orion”la üz-üzə gəlib. Görüş rəqib komandanın 3:1 (29:27, 19:25, 25:12, 25:19) hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında cavab görüşü dekabrın 15-də Bakıda olacaq.

Qeyd edək ki, “Murov” 1/32 finalda Xorvatiyanın “Kitro Varazdin”, növbəti mərhələdə isə Avstriyanın “UVC Qraz” komandasını mübarizədən kənarlaşdırıb.

Xəbər 294 dəfə oxundu.