Tennisçimiz Tamerlan Əzizov beynəlxalq turnirdə növbəti qələbəsini qazanıb
Bakı Tennis Akademiyasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan 18 yaşadək idmançılar arasında beynəlxalq reytinqli tennis turnirində ikinci mərhələ başa çatıb.

ilk mərhələdə iranlı Sam Pazokiyə qalib gələn təmsilçimiz Tamerlan Əzizov ikinci görüşdə də qələbə qazanıb. İdmançımız rusiyalı İvan Vladimirovla mübarizədə hər iki setdə qalib gəlib - 6:3 və 7:6. Tennisçimizin dörddəbir finalda rəqibi Rusiya idmançısı Amir Asilqocayev olacaq.

Dekabrın 11-də başa çatacaq turnirdə 18 ölkədən idmançılar iştirak edirlər.

Xəbər 355 dəfə oxundu.