Çağırış kuboku yarışı: “Murov” klubu “Orion”a qarşı
Kişi voleybolçulardan ibarət “Murov” klubu bu gün Çağırış kuboku yarışında növbəti oyununu keçirəcək.

Komanda səkkizdəbir final mərhələsinin ilk oyununda Niderland təmsilçisi “Orion”la üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab görüşü dekabrın 15-də Bakıda olacaq.

Qeyd edək ki, “Murov” 1/32 finalda Xorvatiyanın “Kitro Varazdin”, növbəti mərhələdə isə Avstriyanın “UVC Qraz” komandasını mübarizədən kənarlaşdırıb.

Xəbər 204 dəfə oxundu.