“Azərreyl" klubu avrokuboklarda mərhələ adlayıb | |
Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu Çağırış Kubokunda növbəti oyununu keçirib. Komanda 1/32 final mərhələsinin cavab oyununda Slovakiya təmsilçisi "Slaviya" ilə üz-üzə gəlib. Dərnəgül Voleybol Mərkəzindəki qarşılaşma "dəmiryolçular"ın inamlı qələbəsi ilə başa çatıb - 3:0 (26:24, 25:14, 25:21). İlk qarşılaşmada rəqibini 3:1 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi iki görüşün nəticəsinə əsasən 1/16 finala yüksəlib. Qeyd edək ki, "Azərreyl" növbəti mərhələdə Almaniyanın "VFB 91 Zul" komandası ilə qarşılaşacaq. |
|
Xəbər 329 dəfə oxundu. |
|
|