“Shuttle Time Azerbaijan 2022” layihəsi davam edir
“Shuttle Time Azerbaijan 2022” layihəsi tam sürətlə davam edir.

Budəfəki ünvan Qax şəhəridir. Beynəlxalq sertifikatlı məşqçi heyətimiz tərəfindən şagirdlərə həm badminton haqqında məlumat verildi, həm də praktiki məşğələlər həyata keçirildi.

İnteraktiv və əyləncəli badminton oyunlarının keçirildiyi tədbirin sonunda iştirakçılara badminton ləvazimatı da hədiyyə edildi.

Qeyd edək ki, layihə Dünya Badminton Federasiyası, Avropa Badminton Konfederasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə icra olunur.

Bu günə qədər Bakı, Sumqayıt, Qusar, Lənkəran, Gəncə və Naxçıvan şəhərlərində həyata keçirilən layihə Şamaxı, Tovuz və Sabirabad rayonlarında da davam etdiriləcək.

Xəbər 235 dəfə oxundu.