MOK-un nümayəndəsi Avropa Olimpiya Komitələrinin iclasında iştirak edib
Brüsseldə Avropa Olimpiya Komitələrinin (AOK) Beynəlxalq əlaqələr komissiyasının iclası keçirilib.

iclasa Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) xarici əlaqələr departamentinin rəhbəri Anar Bağırov AOK-un Beynəlxalq əlaqələr komissiyasının üzvü kimi qatılıb.

İclasda Avropa İttifaqının İdman Siyasəti və Maliyyələşdirmə məsələləri, “Təhlükəsiz İdman” haqda Beynəlxalq Olimpiya Komitəsinin İnsan Hüquqları ilə bağlı strategiyası, Avropa İdman Modeli və s. məsələlər müzakirə edilib.

Xəbər 290 dəfə oxundu.