Azərbaycanlı idman mütəxəssisi Avropa Cüdo Birliyində məsul vəzifəyə təyin olunub
Azərbaycan Cüdo Federasiyasının baş katibinin məsləhətçisi Azər Novruzov Avropa Cüdo Birliyinin Marketinq departamentində məsləhətçi kimi fəaliyyətə başlayıb.

Bununla bağlı müqavilə ona Avropa Cüdo Birliyinin prezidenti Laslo Tot və marketinq direktoru Jaçek Zavadka tərəfindən təqdim edilib.

A.Novruzovun idman idarəçiliyində 10 ildən çox təcrübəsi var. O, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, dünya və Avropa çempionatları kimi çoxsaylı beynəlxalq yarışların təşkilat komitəsinin üzvü olub. Bundan əlavə, o, 2011-2013-cü və 2016-2017-ci illərdə Azərbaycan Cüdo Federasiyasında idman meneceri vəzifəsində çalışıb.

Xəbər 268 dəfə oxundu.