Yeniyetmə və gənc stolüstü tennisçilər ölkə kuboku uğrunda yarışacaqlar
Dekabrın 1-də “Şüa” İdman Kompleksində yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışına start veriləcək.

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkil etdiyi yarışda paytaxt idmançıları ilə yanaşı, ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən idman cəmiyyətləri, klublar və Uşaq-Gənclər İdman Məktəblərinin tennisçiləri mübarizə aparacaqlar.

Dekabrın 4-də yekun vurulacaq yarışın təşkilində əsas məqsəd ölkədə bu idman növünün kütləviliyini artırmaq və inkişaf etdirməklə yanaşı, tennisçilərin idman ustalığını yüksəltməkdir.

Xəbər 293 dəfə oxundu.