Superturnirdə Şəhriyar Məmmədyarovdan uğurlu start
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hindistanın Kəlküttə şəhərində keçirilən “Tata Steel Chess India Rapid 2022” superturnirinə uğurla start verib.

Təmsilçimiz yarışın ilk 3 turunda hindistanlı şahmatçılar Dommaraju Qukeş, Sethuraman Panayappan Sethuraman və ABŞ idmançısı Uesli Soya qalib gəlib. Nəticədə 3 xal toplayan qrosmeysterimiz liderliyə yüksəlib.

Turnir dekabrın 12-dək davam edəcək.

Xəbər 198 dəfə oxundu.