Bakının “Azərreyl” voleybol klubu Slovakiyanın “Slavia” komandası ilə qarşılaşacaq
2022/2023-cü il mövsümündə ölkəmizi Çağırış kuboku yarışında təmsil edəcək Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubu 1/32 final mərhələsində Slovakiyanın “Slavia” komandası ilə üz-üzə gələcək.

Hər iki oyun Bakıda keçiriləcək. Noyabrın 29-dakı qarşılaşmada “Azərreyl”, ertəsi gün isə rəqib meydan sahibi sayılacaq.

Hər iki matç Dərnəgül Voleybol Mərkəzində saat 18:00-da başlayacaq.

Xəbər 233 dəfə oxundu.