Azərbaycan Basketbol Liqasında yeddinci tura Şəkidə yekun vurulub
Noyabrın 27-də Şəki Olimpiya İdman Kompleksində “Olimpik” – “Sabah” oyunu ilə Azərbaycan Basketbol Liqasının (ABL) yeddinci turuna yekun vurulub.

Bu oyundan paytaxt komandası “Sabah” 105:83 hesablı qələbə ilə ayrılıb. Ən məhsuldar basketbolçular – “Olimpik”dən Davit Çivçivadze (30 xal, 5 asist), “Sabah”dan Entoni Patti (38 xal, 16 ribaund) olublar.

Qeyd edək ki, səkkizinci turun oyunları noyabrın 30-da və dekabrın 3-4-də keçiriləcək.

Xəbər 209 dəfə oxundu.