“Kəpəz” klubu Azərbaycan kuboku yarışında 30-cu ev qələbəsini qazanıb
“Kəpəz” klubu Azərbaycan kuboku yarışında 30-cu ev qələbəsini qazanıb. Gəncə təmsilçisi səkkizdəbir finalda “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib.

“Kəpəz” bunadək kubok yarışında keçirdiyi 47 ev matçında 29 dəfə qələbə sevinci yaşayıb. Otuzuncu uğuru 48-ci matça təsadüf edən Gəncə klubu 6 heç-heçə edib və 12 dəfə uduzub.

“Kəpəz” Azərbaycan kuboku yarışının ev oyunlarında 30 və daha çox qələbəsi olan 4-cü komandadır. Yalnız “Qarabağ”, “Neftçi” və “Şamaxı” doğma divarlar arasında daha çox görüşdə qalib olublar.


Xəbər 200 dəfə oxundu.