Emanuel Apeh Bakının “Sabah” klubunun tarixinə düşüb
Emanuel Apeh Bakının “Sabah” klubunun tarixinə düşüb. O, Bakı klubunun heyətində het-trik edən ilk futbolçu olub. 2017-ci ilin yayından peşəkar səviyyədə çıxış edən klubun üzvləri indiyədək I Divizion, Azərbaycan kuboku yarışı və Premyer Liqada keçirilən görüşlərin heç birində het-trik etməyib.

E.Apeh Azərbaycan kuboku yarışında fərqlənib. O, səkkizdəbir finalın “Qaradağ Lökbatan”la görüşündə vurduğu 3 qolla 5:0 hesablı qələbədə pay sahibi olub.

Bu, “Sabah”ın tarixində ən böyük hesablı qalibiyyət rekordunun təkrarıdır. Bakı təmsilçisi 5-ci dəfə beş top fərqi ilə qalib gəlib. Paytaxt təmsilçisi I Divizionda oynadığı 2017/2018-ci il mövsümündə “Zaqatala” və “Binə”ni, Azərbaycan kuboku yarışının 2019/2020-ci il mövsümündə “Ağsu”nu, Premyer Liqanın cari mövsümündə “Kəpəz”i 5:0 hesabı ilə məğlub edib.

Xəbər 232 dəfə oxundu.