Xosep Qvardiola "Mançester Siti" klubu ilə müqaviləsini uzadılıb
İngiltərənin "Mançester Siti" futbol klubu ispaniyalı baş məşqçi Xosep Qvardiola ilə müqaviləni uzadıb.

Bu barədə noyabrın 23-də klubun mətbuat xidməti məlumat yayıb. Yeni müqavilə 2025-ci ilədək nəzərdə tutulur.

“Mən hələ də birlikdə daha çox şeyə nail ola biləcəyimizə inanıram, ona görə də qalmaq və kuboklar uğrunda mübarizəni davam etdirmək istəyirəm", - deyə baş məşqçi bildirib.

Əlli bir yaşlı Qvardiola "Mançester Siti"yə 2016-cı ildən rəhbərlik edir. Bu müddətdə komanda dörd dəfə İngiltərə liqasının kubokunu əldə edib, dörd dəfə ölkə çempionu olub, iki dəfə ölkə superkubokunu və bir dəfə İngiltərə kubokunu qazanıb. 2021-ci ildə tarixində ilk dəfə UEFA Çempionlar Liqasının finalına yüksələn “Mançester Siti” komandası final oyununda “Çelsi”yə 0:1 hesabı ilə uduzub.

Xosep Qvardiola İspaniyanın “Barselona” və Almaniyanın “Bayern” (Münhen) klublarında da baş məşqçi işləyib. Onun rəhbərliyi ilə hər iki komanda parlaq qələbələrə imza atıb.

Xəbər 166 dəfə oxundu.