Dünya çempionatı: Kişi şahmatçılarımızdan ibarət millimiz dörddəbir finalda İspaniya yığması ilə mübarizə aparacaq
Kişi şahmatçılardan ibarət Azərbaycan millisi İsraildə təşkil olunan komandalararası dünya çempionatında növbəti oyununu keçirəcək.

Bu gün komandamız dörddəbir finalda İspaniya yığması ilə mübarizə aparacaq. Bu mərhələnin digər qarşılaşmalarında Çin Polşa, Ukrayna Özbəkistan, Fransa Hindistanla görüşəcək.

Qeyd edək ki, dünya çempionatına noyabrın 25-də yekun vurulacaq.

Xəbər 177 dəfə oxundu.