Məşqçi: Gimnastlarımız onlara bəslənən ümidləri doğrultdular
Komandamız Tbilisidəki “II New Look Cup” beynəlxalq turnirdə yaxşı nəticə qazanıb. Biz gimnastlarımızla fəxr edirik.

Bunu müsahibəsində “Ocaq Sport” klubunun məşqçisi Simarə Cəfərova komandamızın Tbilisidəki “II New Look Cup” beynəlxalq turnirində çıxışı ilə bağlı bildirib.

O qeyd edib ki, yarışda komandanın üzvləri 11 qızıl, 9 gümüş, 5 bürünc medal əldə ediblər.

S.Cəfərova turnirə hazırlaqla bağlı məşqlərin gərgin keçdiyini vurğulayıb: “Səylərimiz hədər getmədi. Gimnastlarımız onlara bəslənən ümidləri doğrultdular. Komandanın hazırlığı üçün hər bir şərait yaradılmışdı”.

Mütəxəssis qarşıda gimnastları daha bir sınağın gözlədiyini bildirib: “Ocaq kuboku yarışında 12 ölkədən gimnastlar mübarizə aparacaqlar. Turnirə tam hazırıq. İdmançılarımızdan yüksək nəticələr gözləyirik və inanırıq ki, onlar ümidləri doğruldacaqlar”.

Qeyd edək ki, Ocaq kuboku yarışı noyabrın 25–dən 27-dək keçiriləcək.

Xəbər 235 dəfə oxundu.