Lionel Messi Argentina millisinin tarixinə düşüb
Lionel Messi Argentina millisinin tarixinə düşüb.

35 yaşlı hücumçu buna Qətərdə keçirilən dünya çempionatında Səudiyyə Ərəbistanı ilə matçda fərqlənməklə nail olub.

Forvard Argentina yığmasının heyətində 4 mundialda (2006-cı, 2014-cü, 2018-ci və 2022-ci il) qol vuran ilk oyunçu adına sahib çıxıb.

Messi Dieqo Maradona (1982-ci, 1986-cı, 1994-cü il) və Qabriel Batistutanın (1994-cü, 1998-ci və 2002-ci il) rekordunu geridə qoyub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yığması ilə oyunda Argentina millisi 1:2 hesabı ilə məğlub olub.

Xəbər 220 dəfə oxundu.